04.02.2026, 19:55
AZ EN
04.02.2026, 17:42 38

Ağdamda nəhəng sutəmizləmə qurğusu tikiləcək

QARABAĞ
  • Ağdam şəhərində həyata keçirilən tikinti, bərpa və quruculuq proqramı çərçivəsində daha bir ititutumlu layihənin icrasına başlanır.  Söhbət Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisindən gedir.

"Vətən səsi" xəbər verir ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsin (PHŞ) Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisinə dair keçirdiyi tenderin nəticəsi açıqlanıb. Bir ay əvvəl elan edilmiş açıq tenderin qalibi "T.T.Ş.-İnşaat" MMC olub. Müqavilənin ümumi dəyəri 37 milyon 772  min 139 manat təşkil edir. Tender elan olunarkən satınalma işlərinin ehtimal olunan qiymət isə 53 290 299 manat idi.

Xatırladaq ki, "T.T.Ş.-İnşaat" MMC "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin ötən ilin avqustunda Astara şəhərində elan etdiyi iri layihənin də qalibi olmuşdu. Şirkət “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi üçün 41 milyon 495 min 129 manat dəyərində müqavilə imzalamışdı.

Elxan SALAHOV

 

Oxşar xəbərlər