09.10.2025, 16:52
AZ EN
06.10.2025, 16:25 134

Azad olunmuş rayonlarda yeni iş yerlərinin sayı - SİYAHI

QARABAĞ
  • 2025-ci ilin birinci yarımilində ölkə üzrə 48 min 856 yeni iş yeri açılıb.  Yeni açılmış iş yerlərinin sayına görə şəhər və rayonların bölgüsündə işğaldan azad edilmiş ərazilər də müəyyən paya malikdir.

"Vətən səsi" xəbər verir ki, siyahıda ən çox iş yeri açılan bölgələr sırasında Bakı, Gəncə və Zaqataladan sonra Xankəndi şəhəri də var.  Hesabat dövründə Xankəndi şəhərində 385 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, yeni iş yerlərinin sayında işğaldan azad edilmiş ərazilər arasında Laçın rayonu da aktivliyi ilə seçilib - 216 yeni iş yeri.

Hesabat dövründə açılan yeni iş yerlərinin sayı Kəlbəcərdə 90, Cəbrayılda 75, Ağdamda 54, Xocalıda 50, Füzulidə 46, Zəngilanda 9, Şuşada 1 olub. 

Elxan SALAHOV

Oxşar xəbərlər