"Vətən səsi" xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxs bununla bağlı açıq müsabiqə elan edib. Bildirilir ki, bu layihə çərçivəsində Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işlərinin aparılması nəzərdə tutulur. Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 485 min 243 manatdır. Müsabiqədə iştirak etmək istəyən iddiaçı şirkətlər öz təkliflərini 0ktyabrın 9-dək təqdim etməlidir.
Müsabiqədə iştirakhaqqı 600 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manatdır. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. Müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların sayı 3-dən az olduqda satınalma baş tutmamış sayılır. Bu halda ödənilmiş məbləğlər geri qaytarılmır.
Elxan SALAHOV