22.11.2024, 02:48
AZ EN
13.02.2024, 16:29 191

Tezliklə Kərkicahan qəsəbəsində də işığımız yanacaq

QARABAĞ
  • Azərbaycanın Birinci Qarabağ Müharibəsində itirdiyi ilk strateji məntəqə Xankəndinin Kərkicahan qəsəbəsidir. Qəsəbə nəinki Xankəndi, həmçinin Şuşa şəhərinə, Malıbəyli, Quşçular və Ərminavan kəndlərinə gedən yollara da nəzarət edirdi. Bu səbəbdən də müharibənin ilk vaxtlarından Kərkicahan düşmənin kəskin təzyiqi ilə üzləşir.

1992-ci il yanvarın 2-də erməni separatçıları sonradan qondarma Qarabağ qoşunlarının komandanı olacaq Samvel Babayanın başçılığı ilə Xankəndidən Kərkicahana hücuma keçdilər. Qəsəbə uğrunda noyabrdan başlayan döyüşlərdə ümumilikdə 150 azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olur. Kərkicahan şəhidlərinin qisası 2023-cü il sentyabrın 19-da aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı alınır.

Sovet İttifaqında keçirilən sonuncu siyahıya alınmaya görə Kərkicahanın 2 min sakini olub. 1992-ci ildən burada yaşayan azərbaycanlılar doğma yurd-yuvalarından didərgin salınıblar.

Nəhayət Böyük Qayıdış proqramına əsasən Kərkicahandan olan keçmiş məcburi köçkünlərin də doğma qəsəbələrinə tezliklə qaytarılacağı nəzərdə tutulur. Qəsəbəyə ilk öncə ağır və qəzalı vəziyyətdə yaşayan sakinlərin  köçürüləcəyi planlaşdırılır.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR