21.06.2025, 20:59
AZ EN
21.06.2025, 17:15 146

Xocavəndin daha 3 kəndində evlərin təmirinə başlanır

QARABAĞ
  • Xocavənd rayonunun Quzeyxırman kəndində fərdi yaşayış evlərində təmir işləri aparılacaq.

"Vətən səsi" xəbər verir ki, təmir işlərinin icrası “Az-Caspian Construction” MMC-yə həvalə olunub. Bununla bağlı keçirilmiş tenderin nəticələrinə uyğun olaraq qalib şirkətlə bağlanılmış müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinə isə 6 milyon 230 min manat sərf olunacaq.

Bundan başqa,  Xocavəndin Qırmızı bazar qəsəbəsində və Tağaverd kəndində də fərdi yaşayış evlərində təmir işləri aparılacaq. Bağlanılmış müqaviləyə əsasən, Qırmızı bazardakı evlərin təmirinə 7,5 milyon manata yaxın vəsait, Tağaverddəki evlərin təmirinə isə 4,4 miylon manatdan artıq vəsait sərf olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər