Ruslan Atakişiyev, iqtisadçı:
-Qeyd edək ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişaf etdirilməsi, bura investisiyaların cəlb olunması Azərbaycan iqtisadiyyatına reinteqrasiyası nəticəsində ölkəmizdə ümumdaxili məhsulun artması gözlənilir. O cümlədən də kənd təsərrüfatı sektorunun yaşıl iqtisadiyyatın inkişafı həyata keçiriləcəkdir. Bu da ölkə iqtisadiyyatının inkişafına gətirib çıxaracaqdır.
Milli xərc prioritetlərinə daxil olan, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədi ilə əlverişli və etibarlı investisiya mühütinin yaradılması sahəsində görüləcək işlər dəstəklənəcək. Gələn il işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası xərclərinin 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır.
Xalid Kərimli, iqtisadçı:
-Bu, təqribən, 30 milyardlıq büdcənin 30 faizə qədərdir. Burda hökumət ilk olaraq öz üzərinə düşən vəzifələri icra edir. Bu da təbii ki, ərazilərin təhlükəsiz hərəkət edilməsinin təmin edilməsi, üstəgəl ilkin infrastrukturun qurulması, yol-nəqliyyat layihələrinin həyata keçirilməsi, aeroportların, enerji infrastrukturların qurulması, bu istiqamətdə ciddi resurslar ayılıb və fəaliyyət qurulub.
Ağalı kəndinə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb. Bu rəqəmin növbəti mövsümdə daha da artacağı gözlənilir.
Hazırladı: Tahirə AĞAMİRZƏ