O qeyd edib ki, bu günə qədər o ərazilərdə 67 məscid aşkarlanıb: "İki məsciddən başqa digərləri yerlə-yeksandır. Ağdam Cümə məscidi və Yuxarı Gövhər Ağa məscidləri nisbətən salamat vəziyyətdədir. Əslində, işğaldan azad olunmuş ərazilərdə məscid sayı 67-dən çox olub, lakin Sovetlər dövründə tamamilə başqa məqsədlə istifadə edilib, təyinatları dəyişdirilib. İşğaldan sonra da bu proses eyni şəkildə davam edib - məscidlər başqa məqsədlə istifadə edilib. Biz rayon, kənd sakinləri ilə danışıb onlardan hansı ərazilərdə məscid olub-olmadığını soruşuruq".
Komitə sədrinin müavini deyib ki, Zəngilanda vaxtilə mövcud olan Zəngilan şəhər məscidinin əsaslı bərpasi davam etdirilir: "Eyni zamanda, Hadrut, Şuşa və Suqovuşanda yeni məscid komplekslərinin tikinti işləri davam edir". (APA)