18.04.2025, 22:04
AZ EN
11.04.2025, 17:12 117

Ağdamda transformator məntəqəsi qurulacaq

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda bərpa və yenidənqurma işləri sürətlə davam edir. Yaxın vaxtlarda Ağdam şəhərində tranformator məntəqəsinin qurulması üçün daha bir layihəyə start veriləcək.

"Vətən səsi" xəbər verir ki, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi bununla bağlı növbəti tender elan edib. Həmin tender Ağdam şəhərinin ikinci mərhələ üzrə yaşayış məhəllələri üçün transformator məntəqəsində tikinti-quraşdırma işləri həyata keçirilməsini nəzərdə tutur. Tender şərtlərinə uyğun olaraq inşa ediləcək transformator məntəqəsinin qurulması üçün qalib gələcək iddiaçı şirkətə həmin işlərin görülməsi məqsədilə 2 milyon 547 min 24 manat ayrılması nəzərdə tutulur.

Xatırladaq ki, həmin müsabiqədə iştirak etmək istəyən iddiaçılar müvafiq sənədlərini  mayın 12-dək Tender Komissiyasına təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər