16.12.2024, 19:22
AZ EN
16.12.2024, 16:39 209

Qarabağın enerji təchizatı genişlənir

QARABAĞ
  • Qarabağ və Şərqi Zəngəzur dayanıqlı enerji təchizatı ilə təmin olunur. Perspektiv layihələr nəzərə alındıqda bölgənin 2040-cı il üçün ümumi güc tələbatının 1000 meqavat olması proqnozlaşdırılır. Bu istiqamətdə 2025-ci ildə işğaldan azad olunan ərazilərdə  daha bir neçə elektrik stansiyası istismara veriləcək.

“Azərenerji” ASC-nin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin rəhbəri Teymur Abdullayev RealTV-yə açıqlamasında bildirib ki, onlardan, Kəlbəcərdə Nadirxanlı və Aşağı Vəng,  Laçında Mirik, Ağbulaq-1 Ağbulaq-2, 6 yerdə, o cümlədən Laçında, Kəlbəcərdə və Ağdərədə Elektrik Stansiyalarının tikintisi məhz 2025-ci ildə yekunlaşdırılacaq. O cümlədən Xankəndi yarımstansiyasının və Şuşadan Xankəndiyə çəkilən 110 kilovotluq ötürmə xəttinin  istismara verilməsi məhz 2025-ci ilə planlaşdırılır.

Bu günə qədər “Azərenerji” tərəfindən  12 yerdə yarımstansiyalar tikilib istismara verilib.

Teymur Abddullayev daha sonra əlavə edib ki, ümumilikdə 45 enerji obyekti üzrə, əvvəldə də qeyd etdiyim kimi, onların 13-ü yarımstansiyadır. Qalan 32 yerdə su elektrik stansiyaları və kiçik su elektrik stansiyaları artıq tikilərək istismara verilib. Onların  ümumi gücü 270 meqabatdı və hazırda bundan əlavə, 6 yerdə  kiçik su elektrik stansiyalarının tikintisi davam edir. Qeyd etmək istəyirəm ki, Qarabağ və Şərqi Zəngəzurda istər su elektrik stansiyaları, istər yarımstansiyalar arası onların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulması və işğaldan azad olunan ərazilərin  dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün 1000 kilometr məsafədə 330 və 110 kilovotluq  ötürmə xətləri çəkilərək artıq istismara verilib.  Qarabağ və Şərqi Zəngəzur bildiyiniz kimi, neçə ildir ki, yüz faiz enerji ilə təmin olunub.

İndi əsas məqsəd azad ərazilərdə yaşıl enerjinin əhatəsini genişləndirməkdir. Bölgənin təbii ehtiyatları ərazilərin enerji təchizatı ilə təminində böyük rol oynayır. Bu baxımdan hesab olunanlara əsasən deyə bilərik ki, su ehtiyatlarından təxminən  500 meqavat enerji almaq mümkün olacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər