Emin Hüseynov öncə Özbəkistan Respublikası tərəfindən tikilən məktəbdə olub.
O, daha sonra Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış kvartalında görülən işlərə baxış keçirib.
Köndələnçay Su Anbarlarında aparılan təmir-bərpa işləri ilə tanış olan xüsusi nümayəndə daha sonra “Azərişıq” ASC tərəfindən tikilən 35/0,4 kV-luq "Füzuli" rəqəmsal yarımstansiya və idarəetmə mərkəzinin tikintisi zamanı görülən işlər barəsində ətraflı məlumatlandırılıb.
Sonda o, Füzuli şəhərində hazırda tikintisi davam edən xüsusi nümayəndəliyin qərargahına səfər edib. (APA)