08.09.2024, 08:55
AZ EN
20.06.2024, 11:59 159

ADY: Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb

QARABAĞ
  • “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.

ADY-dən verilən məlumata görə, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.

Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir. (APA)

Oxşar xəbərlər