21.11.2024, 21:08
AZ EN
24.04.2024, 17:23 245

Hadrut qəsəbəsi və Tuğ kəndi turizm mərkəzinə çeviləcək

QARABAĞ
  • Məlum olduğu kimi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə sürətlə bərpa işləri həyata keçirilir. Həmin yerlərdə yerli və xarici turizm üçün yüksək potensiala malik ərazilərdən biri də Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndidir.

Hadrut qəsəbəsində tibb məntəqələrindən tutmuş bələdiyyə binalarına qədər tezliklə inşa edilib sakinlərin ixtiyarına veriləcək. Burada binalar xüsusi memarlıq üslubuna görə fərqlənəcək. Qəsəbənin girişi abadlaşdırılaraq bura gələn hər kəsə “Xoş gəldin”, deyəcək. Qeyd edək ki, Hadrutda artıq tikililərin layihələndirmə işləri başa çatıb.

Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov deyir ki, Hadrutda 54 mənzildən ibarət 7 iki mərtəbəli yaşayış binası bərpa olunacaq, yol infrastrukturu salınacaq. Mərkəzi kommunikasiya qurğuları çəkiləcək. Burada eyni zamanda investorlar tərəfindən 28 ikimərtəbəli fərdi yaşayış evi də tikiləcək.

Təbiəti gözoxşayan, abidələrlə zəngin Tuğ kəndi də sakinlərini qarşılamağa hazırlaşır. Burada dağıdılmış binalar yenidən bərpa edilir. Qoruq ərazilərinin kommunikasiya şəbəkələrinin yaradılmasına artıq start verilib. 30 bir və ikimərtəbəli yaşayış evinin bərpasına başlanacaq, məktəb, bağça, inzibati binalar, rabitə və poçt binaları tikiləcək və ya yenidən bərpa ediləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər