08.09.2024, 05:57
AZ EN
12.07.2024, 10:39 248

Xocalı Hava Limanında uçuş-enmə zolağının uzunluğu 3 min, eni isə 60 metr genişləndiriləcək

QARABAĞ
  • İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış strategiyası uğurla həyata keçirilir.

Xocalı hava limanı diqqətdədir. Ərazidə 88,5 hektar olan Hava limanında  2170 metr uzunluğunda və 45 metr enində uçuş enmə zolağı, 2 sürmə zolağı, 1 perron və 1 terminal var.

Hava Limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova İctimai Televiziyaya açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 4-cü olan bu hava limanı sürətli inkişaf baxımından ölkəmiz, xüsisilə də region üçün böyük strateji əhəmiyyətə malikdir: “Gələcək planlardan danışarkən isə Xocalı Hava Limanın infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Mövcud uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr genişləndiriləcək”.

Görülən işlər yüksək səviyyədə xidmətin və təhlükəsizliyin təmin edilməsinə yönəlir ki,  bu da öz növbəsində regionun qlobal iqtisadiyyata inteqrasiyasına və regional əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər