19.04.2025, 13:37
AZ EN
15.07.2022, 13:35 234

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir

QARABAĞ
  • Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun saylılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir. ("Trend")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR