22.06.2025, 18:16
AZ EN
12.03.2024, 17:43 330

Ağdamın Xıdırlı kəndində uşaq bağçası və klub-icma tikiləcək

QARABAĞ
  • İşğaldan azad edilmiş Ağdamın daha bir kəndində yenidənqurma işlərinə dair tenderin nəticələri açıqlanıb. Söhbət Ağdam rayonunun Xıdırlı kəndindən gedir.

"Vətən səsi" xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi tender Xıdırlı kəndində qeyri-yaşayış binaları (2 mərtəbəli inzibati bina, klub-icma mərkəzi və bağça) üzrə tikinti-quraşdırma işlərinin satın alınmasını nəzərdə tutur. Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir. Ağdam şəhərində keçirilən satınalma müsabiqəsinə təkliflərin son təqdim olunma tarixi aprelun 14-də başa çatacaq.

Tenderin qalibi seçiləcək şirkət yenidən qurulan Xıdırlı kəndində Baş plana uyğun olaraq 120 yerlik uşaq bağçası, inzibati bina və klub-icma mərkəzi tikməli, habelə həmin qeyri-yaşayış sahələrinə yollar və səkilər çəkməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər