13.07.2025, 20:48
AZ EN
09.07.2022, 12:15 239

Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur

QARABAĞ
  • Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub: “Hesablama Palatası tərəfindən bu istiqamətdə ayn-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyəti qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”.

Oxşar xəbərlər