Xüsusi nümayəndə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğalı başa çatıb. Müharibə başa çatdıqdan dərhal sonra, o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.
Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. ("Report")