03.12.2024, 21:47
AZ EN
06.07.2022, 16:10 356

Ağdam Sənaye Parkında bu ilin sonuna qədər tikinti işlərinə başlanılacaq

QARABAĞ
  • İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında rezidentlər üçün ayrılmış ərazidə 9 müəssisə bu ilin sonuna qədər tikinti işlərinə başlayacaq.

Bunu  Agentliyin sədr müavini Elxan Şiriyev bildirib.

"Parkın ərazisində köhnə tikililərin sökülməsinə başlanılıb, müəyyən hissələrdə söküntü işlərinə ehtiyac yoxdur. Müəssislərin 2-si iyulun sonuna qədər, qalanları isə tədricən, amma ilin sonuna qədər tikinti işlərinə başlamağı planlaşdırır. Bundan başqa, Parkın rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihə təqdim edib. Bu layihələr pambıq emalı, pambıq yağının, eləcə də tikinti materiallarının, qida və ağartı məhsullarının istehsalı ilə bağlıdır. Hazırda parkın rezidenti olan 9 müəssisənin isə 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur", - deyə o, qeyd edib.

Oxşar xəbərlər