18.10.2024, 10:25
AZ EN
08.02.2024, 19:31 247

Xocalının Malıbəyli kəndi yenidən qurulur

QARABAĞ
  • Malıbəyli kəndi işğaldan azad etdiyimiz yurd yerlərimizdən biridir. Qeyd edək ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Azərbaycan ordusu çətin, amma mümkünsüz olmayan işi sürətli şəkildə, düzgün həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi və qısa müddət keçməsinə baxmayaraq, artıq kənd sürətli şəkildə yenidən qurulur. Kəndin müxtəlif istiqamətində işlər həyata keçirilməkdədir və kənddə ilkin olaraq layihələndirmə işləri aparılıb.  Hazırda isə kommunal xətlər, qaz, su, elektrik xətləri çəkilir və eyni zamanda evlərə köçü reallaşdırmaq üçün evlərdə tikinti işləri həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, məhz Malıbəyli kəndinə nəzərdə tutulub ki, bu ilin ortalarında, hardasa yay aylarında ilk köçürülmə reallaşdırılacaq. Bu baxımdan da təbii ki, sürətli şəkildə işlərin davam etməsi həyata keçirilir. Darmadağın edilən, müəyyən mənada yararsız vəziyyətə salınan kənddə müxtəlif istiqamətdə işlər həyata keçirilir. Yol infrastrukturu, eyni zamanda kommunal infrastrukturu, evlərin tikintisi, hansı ki, öz dədə-baba yurdlarına köçəcək keçmiş məcburi köçkünlərimizin rahat həyat şəraiti təmin edilsin. Kadrlardan da göründüyü kimi, müyyən evlər hazır vəziyyətə gətirilir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər