01.07.2025, 17:51
AZ EN
19.10.2023, 16:00 290

Aydın Kərimov: Daşaltıda əsas tikinti işlərini özəl investorlar aparacaq

QARABAĞ
  • Daşaltı kəndinin əsas inkişafını turizm istiqamətli görürük. Biz memarlarla birlikdə kəndin tam yeni planını hazırlayıb təqdim etdik.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, özəl investorlar Daşaltı kəndində ilkin layihələrin həyata keçirilməsinə başlayıblar.

"Daşaltı kəndində özəl investorlar öz layihələrini təqdim etməyə başlayıblar. Dövlət minimum xərc çəkəcək. Yalnız kommunikasiya xətləri və yol çəkilişini həyata keçirəcək. Əsas tikinti işləri özəl investorlarla aparılacaq",- deyə Aydın Kərimov vurğulayıb. (APA)

Oxşar xəbərlər