23.06.2025, 07:47
AZ EN
07.04.2023, 18:30 287

Şuşa rayonu, Daşaltı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kəndi Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndi XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş ailələr salmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda Daşaltı adlı iki kənd vardı: Daşaltı - Künnət və Daşaltı - Xəzəbür. Daşaltı kəndi əvvəllər ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur. Kənd XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın Zəngəzur qəzasının Düzəbürd kəndindən köçürüb gətirdiyi azərbaycanlı və erməni ailələrini Şuşa qalasının cənub divarlarının ətəyindəki dərədə, Daşaltı (qayaaltı) adlanan yerdə məskunlaşdırması nəticəsində yaranmışdır. Kənd yerləşdiyi ərazinin adını daşıyır.

İsa MUSAYEV

Oxşar xəbərlər