08.09.2024, 05:53
AZ EN
10.05.2024, 08:52 247

Füzuli rayonu, Dilağarda kəndi

QARABAĞ
  • Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində olan Dilağarda kəndi Köndələnçayın (Arazın qolu) sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyində yerləşir. Oykonim qaraqoyunlu tayfa ittifaqına daxil olan dilağarda tirəsinin adı ilə bağlıdır.

Əsasən maldarlıqla məşğul olan dilağardalılar əvvəllər Cənubi Azərbaycan və Talış zonasında yaşayırdılar. Sonralar onların bir hissəsi Azərbaycanın şimalında məskunlaşmışdı. Yayı Talış silsiləsində, qışı isə Muğanda keçirən dilağardalılar Araz Dilağarda, Qobu Dilağarda kəndlərinin də bünövrəsini qoymuşlar. Kəndin əhalisi üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olmuşlar.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Vandal ermənilər işğal dövründə bu kəndi də talan edib viran qoymuşlar. Dilağarda kəndi 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər