Gecəgözlü kəndi Azerbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazisinə daxildir. Kənd dağətəyi düzənlikdə yerləşir. Gecəgözlü Füzuli rayonunun Aybasanlı inzibati ərazi vahidində kənddir. Oykonim Qarabağda yaşamış cavanşir elinə məxsus gecəgözlü tirəsinin adından götürülmüşdür. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan kənd 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev