22.11.2024, 01:00
AZ EN
08.05.2023, 15:21 321

Xocavənd rayonu, Qarıtəpə kəndi

QARABAĞ

Qarıtəpə kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisindədir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Paravatumb kəndi Qarıtəpə kəndi adlandırılmışdır. Qaravatumb kəndi XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Tam adı Qişi Paravatumb olmuşdur. Arsakda xristian albanların Kiş məbədi olduğu təpə (tumb) ermənilərin verdiyi addır. Erməni dilində parava "əski", "qədim" və tumb sözlərinin birləşməsindən əmələ gəlmişdir. Erməni dilinə daxil olmuş bu söz türk mənşəlidir. Gədəbəy rayonunda Qaravul tomba, Şəki rayonunda Dumbatəpə toponimləri ilə bir sıradadır. Türk dillərində tumba, domba “dəyirmi” (təpə) mənasındadır. Türkmənistanda eneolit dövrünə (e.ə. V-III minilliklər) aid yaşayış yeri, Türkiyənin Ceyhan çayı sahilində təpə də Qaratəpə adlanır. Ötən əsrin 30-cu illərinədək Gürcüstan ərazisində Qaratəpə adlı yaşayış məntəqəsi qeydə alınmışdır.

İsa Musayev

Oxşar xəbərlər