Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsinə daxil olan Dağdöşü kəndi dağətəyi ərazidə yerləşir. XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmışdır. XX əsrdə kəndin adı Tyak variantında işlədilmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq, köçəbə, oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır.
İsa Musayev