22.11.2024, 15:45
AZ EN
01.05.2023, 08:38 226

Ağdam rayonu, Çıraxlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsinə daxil olan Çıraxlı kəndi dağətəyi ərazidə yerləşir. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş, Çiraklı adı ilə yasamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarında, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Aleksandropol qəzasında, Tiflis quberniyasının Loru-Borçalı qəzasında və s. ərazilərdə olan qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilər dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdür. Dağıstanda Çirak (kənd, cay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponiminlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyini bildirir.

İsa Musayev

Oxşar xəbərlər