Badara kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Qarabağ silsiləsinin ətəyindədir. Azərbaycanda dağlıq yerlərə xas olan kiçik əkin sahəsinə badara deyilir. Oykonimin mənası "kiçik əkin sahəsi olan yer" deməkdir. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimi verilmişdir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başetl adı ilə eynilik təşkil edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi azad olunmuşdur. Hazırda bu ərazidə sülhməramlı qüvvələr xidmət göstərir.
İsa Musayev