Ekofəallarımız Laçın yolunda haqlı etiraz aksiyasına başlayandan bəri çəpiş kimi mələşmə salan hayların həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı toplumları İsa peyğəmbərin doğum gününü də haysayağı, yəni yalan, böhtan, iftira ilə qarşılayıblar. Bütün hayların baş biləni Qaregin II öz çıxışında din xadimindən çox hansısa revanşist hayı xatırladır. O, bir neçə kəlmə təbrik sözü dedikdən sonra Azərbaycanın ünvanına ağzınagələni danışıb. Sir-sifətindən və səsindən Xameyniyə oxşayan bu dinsiz din xadimi deyib ki, qonşularımız Qarabağdakı hayları məhv etmək, ya da onları qovmaq məqsədilə aksiya keçirsələr də hay ruhunu hələ qıra bilməyiblər. İsa peyğəmbərin haqq-ədalət tərəfdarı olduğunu və özünü bu yolda qurban verdiyini alqışlayan Qaregin hayların da guya haqq-ədalət tərəfdarı olduğunu bir neçə dəfə təkrarlayıb. Hər gün dua etdiyini isə Allahın yox, hayların qarşısında borclu olduğunu vurğulayıb. Hayların dinsiz din başçısının Müqəddəs Mövlud günündə kilsədə belə sayıqlamalar etməsi yəqin ki, Allah qarşısındakı günahlarının sayını artırmış oldu. Qara paltarlı, qara günlü, leş qarğasına oxşayan Qareginin bu sözləri təkcə revanşist hayları deyil, həm də iqtidar nümayəndələrini daha da ruhlandırıb. Emil Markosyan adlı hay politoloqu tələm-tələsik «Hraparak» media qrupunda paylaşdığı «Siyasi dünya və beynəlxalq ictimaiyyət niyə susur» başlıqlı cızma-qarasında bildirib ki, 25 gündür 120 min «arsax»lı 1000-1500 azərbaycanlı tərəfindən blokadaya alınıb və humanitar fəlakətlə üz-üzə dayanıb. «arsax»lılar istəsə onları döyə-döyə oradan uzaqlaşdırar. Amma hələ susub, beynəlxalq qurumların müdaxiləsini gözləyirlər. Təqribən 2000 işarəlik bir cızmaqarada 120 min «arsax»lı sözünü 9 dəfə işlədən bu siyasi təxribatçı, əlbəttə, Qarabağda nə qədər erməni yaşadığını bilə-bilə onların sayını şişirdir. Xatırladaq ki, 5 ay əvvəl Qərbi Azərbaycandakı hayların rəhbəri Nikolun özü demişdi ki, Qarabağda təqribən 60 min hay var. Adı türk, soyadı hayca olan Emil Markosyan isə bunu eşitməyib? Eşidib, özü də hay balası kimi. Bəs, görəsən 120 min ifadəsi haradan yaranıb? Bunun üçün dağa-daşa düşmək lazım deyil, bu ifadə ilk dəfə Moskvadan Xankəndiyə göndərilmiş Ruben adlı dələduzun separatçı qurumda rəhbər təyin edilməsindən sonra yaranıb. Belə çıxır ki, o, Moskvadan gələrkən gətirdiyi unitazı açıb və oradan çıxan minlərlə hay separatçıların qulluğuna başlayıb. Noyabrdan bəri hər bir erməni siyasi boşboğazın gah Qarabağda, gah da Xankəndidə guya 120 min hayın yaşaması barədə çərənləməsi hayların din, qan və əqidə bacıları olan İran və Fransanın məmurları tərəfindən də işlənir. Öz aramızdır, deyəsən, «arsax» elə üç bacının sevdiyi unitazdır ki, onu qayğısına bu qədər qalırlar.
Nəsib