21.11.2024, 17:58
AZ EN
08.06.2023, 12:01 196

Hikmət Babaoğlu: “Kremllə İrəvan Zəngəzura görə “savaşır”

YAZILAR
  • “Paşinyanın sülh prosesini uzatmasının səbəbi onunla bağlı idi ki, dramatik vəziyyət yaranmışdı. Ya Paşinyan ilkin mərhələdə hakimiyyəti itirməli idi, hakimiyyətdən getməli idi, ya da bir şəkildə cəmiyyətdəki prosesləri nizamlaya-nizamlaya radikal ünsürləri sıradan çıxara-çıxara indiki səviyyəyə gəlib çatmalı idi”.

Bunu Milli Məclisin depudatı Hikmət Babaoğlu Az.TV-yə açıqlamasında ifadə edib. Millət vəkili qeyd edib ki, amma  bu o demək deyil ki, Paşinyan sülh istəyirdi bəribaşdan: “Rusiya Federasiyası çox böyük əzmkarlıqla, çox böyük qətiyyətlə Qafqazdan çıxmaq istəmir. Bu gün iki ölkənin baş naziri Soçidə görüşürlər. Bir neçə saat bundan öncə Mariya Zaxarova yeni açıqlama verdi və dedi ki,  bizim məqsədimiz ondan ibarətdir ki,  sülh üçün yol xəritəsi Ermənistan və Azərbaycan arasında üçtərəfli bəyannamədir. Üçtərəfli bəyannamədə nə yazılır, yazılır ki,Zəngəzur dəhlizi Rusiyas Federasiyasılnın federal sərhəd xidmətinin qoşunlarının  nəzarətində olacaqdır. Bunu da Ermənistan istəmir. Belə olduqda Azərbaycanla Ermənistandan daha çox Rusiya ilə Ermənistan razılığa gələ bilmirlər sülh məsələsində. İndi Paşinyan nəyə görə bu gün sevinə-sevinə bəyanat verib ki, Mişuçinlə görüşdə deyir ki, biz sevinirik ki, komunikasiyalarla bağlı irəliləyiş əldə olunubdu. Yəni bu nədir? Amerikada danışıqlar başlayan kimi dərhal komunikasiyaların açılması ilə bağlı irəliləyiş əldə olunubdu. O vaxta qədər Rusiya qoymurdu ki, sadəcə dəmir yol komunikasiyaları açılsın, Azərbaycana avtomibil-nəqliyyat yolu verilməsin, Azərbaycan yüksək sürətli internet komunikasiyası keçirəcəkdir. Azərbaycanla Avropa Birliyinin imzaladığı sənədlə var, biz yaşıl energi ixrac edəcəyik. Artıq Naxçıvanda bununla bağlı yüksəkl gərginlikli elektirik xətlərinin tikintisinə başlanılıbdı və s. Yəni bu komunikasiyaların hamısı qalmalı idi kənarda. O vaxta qədər ki,  Rusiya sərhədçiləri gəlib orda  yerləşməli idilər və nəzarət eləməli idilər həm Ermənistana, həm Azərbaycana. O 42  kilometrlik yolda biz də daim rusların vəziyyətin müşahidə etməli idik ki, görək öz aramızda münasibətlər necə olacaq. Bu gün yenə onu israra edir. Məsələ ondadır ki,  sülhün əldə olunmasəı təkcə paşinyan məsələsi deyil. İki radikal güc mərkəzləri var ki, biri Fransa, biri Rusiyadır ki, Ermənistana daim təsir göstərirlər. Yeganə platforma və obyetkiv hesab ediləcək platforma əlbəttə ki, Vaşinqton platformasıdır ki, ABŞ-da ola bilsin ki, müəyyən razılıqlar əldə edilsin”, - deyə millət vəkili fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər