22.11.2024, 02:34
AZ EN
02.01.2023, 14:00 281

“Foreign Policy”: "Güc variantı ilə Azərbaycan məqsədlərinə çatacaq"

YAZILAR
  • Amerikanın nüfuzlu “Foreign Policy” nəşri ekspertlərin diqqətini dünyada nəzərdən keçirilməli olan on ən mühüm münaqişəyə cəlb edir. Nəşr çağdaş dünyadakı ən müurəkkəb münaqişələr qismində Ukraynadakı müharibəni, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsini, İran, Yəmən, Efiopiya, Konqo və Pakistandakı vətəndaş qarşıdurmasını və nəhayət, Tayvan ətrafındakı vəziyyətin ən kəskin problemləri kimi göstərilir.

Nəşr Azərbaycan və Ermənistan sərhədində mövcud vəziyyəti ətraflı şərh edib. "Foreign Policy" ekspertləri əmindirlər ki, Ukraynadakı müharibə Cənubi Qafqazda yeni qüvvələr balansına ən çox təsir edib. “Qarabağ uğrunda müharibənin başa çatmasından iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər”, - amerikalı analitiklər deyir. Onların fikrincə, Rusiyanın Ukraynadakı uğursuzluğu regionla bağlı ilkin planları pozdu.

Amerikalı analitiklərin proqnozlarına görə, Azərbaycan və Ermənistan arasında yeni qaçılmaz müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq. Nəşr xatırladır ki, 7000-dən çox əsgərin həyatına son qoyan ikinci Qarabağ müharibəsi Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatıb. Azərbaycanın silahlı qüvvələri Ermənistan ordusunu, sözün əsl mənasında, darmadağın edib, Azərbaycanın üstünlüyünü təmin edib.

Amerikalı analitiklərin fikrincə, Ermənistan ordusu böyük çətinliklərlə üzləşib, xüsusən də, silah çatışmazlığı yaşayır. Türkiyənin dəstəklədiyi Azərbaycan isə tam əksinə, öz hərbi potensialını artırır. Bundan əlavə, Bakı da avropalıların Azərbaycan qazına artan tələbatından yararlanır.

Nəşr vurğulayır ki, Ukraynadakı hərbi uğursuzluqlar fonunda atəşkəsi təmin etməli olan Rusiya Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyanı dayandıra bilməyib. Amerikalı analitiklərzərbaycan ordusunun yeni uğurlarına və Azərbaycan qoşunlarının yeni cəbhənin bütün xətti boyunca irəliləməsinə işarə vurublar.
"Foreign Policy" bildirir ki, Ermənistan müharibədə məğlub olduqdan sonra qarabağlı ermənilərəxüsusi status verilməsi tələbindən imtina edib. Lakin rəsmi İrəvan yenə də erməni əhalisinin hüquqlarının və təhlükəsizlik təminatının təmin edilməsində israrlıdır. Bakı da öz növbəsində Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının istifadə etdiyi hüquqları verməyə hazırdır.

Amerikalı analitiklər hesab edirlər ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə dair sazişlərin reallaşdırılması regionda iqtisadi vəziyyəti yaxşılaşdıracaq, ticarətin genişləndirilməsi üçün yeni imkanlar açacaq, həmçinin qarabağlı ermənilərlə bağlı problemin həllinə öz təsirini göstərəcək. .akin Amerika nəşrinin yazdığına görə, Moskva Ukraynadakı müharibə səbəbindən qarşıya qoyduğu məqsədləri həyata keçirə bilməyib. 2021-ci ilin sonunda Moskva Avropa İttifaqının vasitəçilik missiyası ilə razılaşdı, lakin Ukrayna faktorunun təsiri altında sonradan Avropa diplomatiyasının regionda təsirini cilovlamaq nöqteyi-nəzərindən səylərini gücləndirmək barədə düşünməyə başladı.

Nəşr Azərbaycan-Ermənistan münaqişəsinin yekun həllinin iki variantı - Rusiya planı və "Vaşinqton prosesi" - arasında paralellər aparıb, "Vaşinqton prosesi"nə üstünlük verib.

Lakin amerikalı analitiklərin fikrincə, sülh danışıqları hansısa nəticə verməyəcək, yeni müharibə başlayacaq. Və güc variantı ilə Azərbaycan məqsədlərinə çatacaq.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR