01.07.2025, 21:24
AZ EN
06.06.2023, 17:26 359

Zod kəndi: Ermənistan aramsız təxribatlarını niyə məhz bu kənddən yönləndirir?

YAZILAR
  • 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən edən Vətən müharibəsi müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı və işğalçı Ermənistanın Baş naziri ölkəsinin adından kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Bundan sonra istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində silahların susaçağı, erməni təxtibatlarının dayandırılacağı gözlənilsə də bu, baş vermədi. Qoşunların təmas xəttindəki nisbi sakitlik 44 günlük müharibə zamanı döyüş zonasında qalan erməni hərbçilərin cəsədləri toplanaraq torpağa basdırılana qədər davam etdi. Azərbaycan ordusunun “Dəmir yumruq” zərbəsindən özünə gələ bilməyən ermənilər dağlarda, meşələrdə qurd-quşa yem olan leşlərinin axtarışlarının yekunlaşmasını gözləmədən növbəti təxribatlara əl atdılar.

Kapitulyasiya aktından cəmi 10 gün sonra, 2020-ci il noyabrın 26-da  Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində təxribat-diversiya əməlləri törədən erməni silahlı birləşmələri öz çirkin niyyətlərindən əl çəkmədiklərini göstərdilər. Bundan sonra oxşar təxribatlar fasilələrlə Qarabağ və Şərqi Zəngəzuru bölgəsinin müxtəlif zonalarında davam etdirildi. Hər dəfə Azərbaycan ordusu tərəfindən layiqli cəzasını alan ermənilər təxribatların yönünü Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətinə dəyişdilər. Xüsusilə 2022-ci ilin senytabrındakı sərhəd toqquşmasından sonra ermənilər demək olar ki, hər gün Basarkeçər rayonunun Zod kəndi istiqamətindən Azərbaycan ordusunun mövqelərini atəşə tutur.
Bəs, niyə məhz Zod? Ermənistan ordusu Azərbaycana qarş hərbi təxribatlarını çoxunu dövlət sərhədinə yaxın Zod kəndi istiqamətindən davam etdirməsi təsadüfdürmi?

Ekspertlər bildirirlər ki, Ermənistanın Azərbaycan ərazilərini mütəmadi olaraq Zod istiqamətindən atəş altında saxlamaq cəhdlərinin bir neçə səbəbi var. Bunlardan birincisi Qarabağda yaşayan və Azərbaycan qanunlarına tabe olacaqları günün sürətlə yaxınlaşdığını hiss edən erməniləri guya, problemin mevəqqəti xarakter daşıdığına inandırmaqdır. Belə ki, Ermənistandakı revanşist qüvvələr 30 ilə yaxın müddətdə istifadə etdikləri Zod-Kəlbəcər-Ağdərə yolunun yenidən açılması üçün çalışdıqları görüntüsü yaratmaqla ermənilərin Qarabağdan köçünün qarşısını almaq istəyir. Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağda yaşayan ermənilərin bu cür “dəstəyə” daha böyük ehtiyacı var.

Təxribat və diversiya qruplarının Zod istiqamətindən hücumunun əsas məqsədi isə şərti dövlət sərhədinə yaxın təmas xəttində gərginliyi artırmaq və bu yolla beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönəltməkdir.

Əslində isə hər iki halda ermənilər təxribatların yönünü şərti dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətinə fokuslamaqla sülh danışıqlarının davam etməsində maraqlı olmadıqlarını nümayiş etdirdilər. Baxmayaraq ki, hələ 2022-ci ilin senytabrında çoxsaylı itkilərlə nəticələnmiş sərhəd toqquşması zamanı işğalçı Ermənistan əsil niyyətini ortaya qoymuşdu. Həmin qanlı toqquşmalardan sonra məlum oldu ki, rəsmi İrəvan nəinki üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək istəmir, üstəlik sülh danışıqları proseində erməni disporasının əlində siyasi alətə çevrilmiş Fransanı, vaxtilə bu ölkənin həmsədri olduğu ATƏT-in Minsk Qrupunu və digər beynəlxalq təşkilatları prosesə cəlb etmək istəyir. Məqəsəd isə regionda və beynəlxalq aləmdə nüfuzunu itirmiş təşkilatları yenidən “dirildərək” onlardan özünə siyasi dayaq düzəltmək, Azərbaycana qarşı xarici təzyiqlərin artırılması üçün lazımi şəraitin yaradılmasınası nail olmaqdır. Ancaq hətta bir sıra Avropa ölkələrinin nümayəndələrindən ibarət müşahidə komissiyasının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi də ermənilərin son ümidlərini də puça çıxardı. Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinin atəşə tutması isə hələ ki, davam edir. Başqa sözlə, Ermənistan hakimiyyəti artıq bir ilə yaxındır ki, məhz Zod kəndi istiqamətindən bu uğursuz təxribatlarından əl çəkmir...

Xatırladaq ki, ermənilərin “Sotk” adlandırdığı Zod kəndi tarixi Azərbaycan torpağı olan Basarkeçər rayonunun Kəlbəcərlə sərhəddə yerləşən sonuncu yaşayış məntəqəsidir. Qədim Göyçə mahalında, Məsrik düzənliyində kəndin rəsmi adı 1995-ci ilə qədər Zod olub.  Əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan kənd 1921-ci ildə sovet rəhbərliyi tərəfindən Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ildək 3 dəfə dəyişdirilib.

Keçmiş SSRİ-nin və Ermənistanın apardıqları məqsədyönlü siyasət nəticəsində 1988-ci ilə qədər Zod kəndində yaşayan azərbaycanlıların demək olar ki, hamısı məcburi şəkildə köçürülüb. Həmin vaxtadək 5000-ə yaxın azərbaycanlının yaşadığı kənddə 1 ümumtəhsil, 2 ibtidai məktəb, 1 texniki peşə məktəbi, 1 yüngül metallurgiya müəssisəsi və  1 xəstəxana fəaliyyət göstərib.
Bundan başqa, məşhur Zod Dağ-Mədən Kombinatı bu kəndin ərazisində yerləşirdi. Dəmir yolu və digər mühüm infrastrukturlara malik Zod kəndi ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdı.

Elxan Salahov

Oxşar xəbərlər