21.11.2024, 21:43
AZ EN
29.12.2022, 10:45 369

Qarabağdakı ekosidin əsl səbəbi

YAZILAR
  • Ermənistan ordusunun generallarının Azərbaycanın işğal olunmuş ərazilərini fəlakət zonalarına çevirməsindən mütəmadi bəhs edənlərdən biri də erməni bloger Roman Baqdasaryandır. Hələ bir neçə ay əvvəl o, Qarabağ klanın təəssübkeşlərinə video-müraciətində müdafiə etdikləri erməni generalllarının Qarabağ və Şərqi Zəngəzur torpaqlarını ekoloji fəlakət zonasına çevirdiklərini demişdi.

Onun sözlərindən belə məlum olur ki, erməni generallar işğal dövründə meşələri kütləvi yox ediblər, əkin sahələrini narkoplantasiyalara çeviriblər: “Yadınıza salıram ki, 25 mindən çox ağacı Qarabağ klanı oğurladı və pulunu cibinə qoydu. Niyə onları həbs etdirmirsiniz? Gedin, Çıldırandakı plantasiyalarla məşğul olun. Görün, 1988-ci ildən sonra Çıldıranda nə əkilib-becərmisiniz. Bunu sizin generallar etməyib? Təhlükəsizlik xidməti bunu Qarabağ klanının generallarının etdiyini yazıb biabır olmaq istəmir. Öz generallarımızı biabır etmək istəmirsiniz?”-, deyə  o vurğulayıb.

Qarabağda erməni generalların narkotik maddələrin yetişdirilməsi və ticarəti ilə məşğul olması beynəlxalq hedabatlarda da yer alıb. Yəni, bu, məlum məsələdir. Amma Baqdasaryanın bəhs etdiyi qanunsuz ağac ticarəti barədə, hələ ki, yazan yoxdur. Söhbət Zəngilanın dünyada  məşhur çinar meşələrindən gedir. Bu çinar növünü qorumaq üçün Zəngilan rayonu ərazisində 107 hektar sahədə Bəsitçay qoruğu da yaradılmışdır. İşğal dövründə erməni generallar məhz həmin qoruqdan ağacları kökündən çıxarıb satırmışlar. Bağdasaryan bu barədə çoxdan danışır və Bloqlarının birində həmin ağacların birinin 10 min dollara satıldığını yazmışdır. Bununla yanaşı, işğalçılar həm də mebel sənayesi üçün ağacları kütləvi qırıblar və 13 min hektardan çox  meşə sahəsi məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev Reaal TV-yə açıqlamasında bildirib ki, işğal rejimi təbii sərvətləri bütün istiqamətlərdə talayaraq ekologiyaya böyük zərbə vurub: “Otuz il ərzində işğalçı rejim tərəfindən  qanunsuz fəaliyyət bütün istiqamətlərdə olub və  hər bir sahədə arzuolunmaz neqativ vəziyyət formalaşıb. Həm miral xammal ehtiyatları ilə bağlı, meşə fondu ilə bağlı, yeraltı, yerüstü sularla bağlı və ümumiyyətlə, neqativ ekoloji şərait formalaşıb. Çünki bu regionda yalnız talamaq düşüncəsində olan işğalçı rejim ekologi şəraitin bərpası üçün müvafiq qabaqlayıcı tədbirlər və yaxud bərpa bproblemlərinin həlli ilə məşğul olmayıb, məqsədləri yalnız talamaq olub. Ona görə də bu gün regionda çox ciddi ekoloji şərait formalaşıb”.

Əli Əliyev sonra bildirib ki, bizim Qarabağda və Şərqi Zəngəzurda 167 yatağımız var: “Bu yataqların bir qismi işlənib, bir qisminə toxunulmayıb. Burda həm qeyri filiz, həm filiz yataqları və yeraltı mineral və işməli su yataqlarımız var. Hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə bizim 27 yatağımız var. Bu yataqlardan ən irisi və daha böuyük xammal ehtiyatlarına malik olanları Qızılbulaq, Dəmirli, Çardaxlı və digər yataqlardır. Əslində Çardaxlı kömür yatağıdır, bu gün işlənilir yenə. Amma biz bu gün əsas məsələ filizlərlə bağlı belə deyək, çox dəyərə malik, yüz minlərlə ton filizi, on minlərlə ton metalı yataqlarımız Qızılbulaq və Dəmirlini  daha çox ön plana çıxarmışıq. Çünki Dəmirlidə artıq ciddi şəkildə istismar fəaliyyəti ilə məşğul olan ermənilər, erməni icması ətraf ərazilərdə arzuolunmaz bir ekoloji şərait formalaçdırıb.   

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-tikinti işləri aparılmqla yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə də işlər görülür. Torpaq lar minalardfan təmizlənir, əkin sahələri münbitləşdirilir, suvarma şəbəkəsi bərpa edilir, qırılan meşələrin yerinə yeni tinqlər əkilir. Lakin Rusiya sülhməramlılarının  nəzarəti altında olan torpaqlarda bu işləri görmək mümkün deyil.

Ermənilər 44 günlük müharibəsən sonra da bu yataqlardan  bəzilərinin istismarını davam etdirməyə başlayıblar və ekologiyaya daha artıq dərəcədə zərər vurmağa çalışıbrlar.

Əli Əliyev daha sonra bildirib: “Mən 2021-ci ildə də bu ərazidən keçmişəm və yatağın ənazından vizualplametrik vəziyyətindən şahid olmuşam. Amma ayın 10-da həmin əraziyə getmişəm və böyük bir həcmdə sahənin sonradan işlənməsinə şahid oldum. Çox böyük bir ərazidə fəaliyyətlərini bərpa ediblər. Həm “Veysmetal” şirkətinin zavodu çalışır, eyni zamanda ərazidən filiz kütləsi Ermənistan ərazisinə daşınır. Bu azərbaycan hökuməti tərəfindən qəti şəkildə pislənib və dayandırılması tələb edilib”.

Bu təbii yataqların İkinci Qarabağ müharibəsindən sonra işlənməsinin arxasında erməni əsilli Rusi oliqarxı Ruben Vardanyan durur. Dekabrın 12-də Dəmirli yatağında monitorinq aparmaq istəyən Azərbaycan ekoloqlarına mane olanlar da məhz Ruben Vardanyan və adamları olub. Vardanyan Qarabağa gələndən sonra bütün beyənlxalq qanunları pozaraq Dəmirli yatağını amansızcasına talamağa başlayıb və yatağın istismar ərazisini iki dəfə böyüdüb. İsveçrədə yaşayan İstanbul ermənisi Vartan Sirmakes də ona bu işdə dəstək verib. İstanbulda xırda zərgər ailəsində Vardan Sirmakes adı ilə doğulan bu erməni 1991-ci ildə İsveçrədə saatsaz kimi işə bağlayıb. Bu illər ərzində sürətlə varlanıb və hazırda  iki yüz milyon dollar vəsaitə sahibdir. Bu məsələdə Azərbaycanın Vejnəli, Söğyüdlü və Qızılbulaq yataqlarının talanmasının böyük rolu var.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər