Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçı siyasəti nəticəsində meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Qarabağ və ətrafda deqradasiyası o qədər maneəsiz şəkildə baş verib ki, hətta Ermənistanın daxilindəki təşkilatlar belə bu məsələ ilə bağlı həyacan təbili çalır. Meşə örtüyü, su hövzələri, mədənlər və atmosfer çirklənməsi yaşıl Qarabağı səhraya çevirmişdi. İşğaldan əvvəl Qarabağ ərazisində 160 min hektara yaxın meşə ərazisi var idi. Lakin Ermənistanın apardığı ekoterror nəticəsində 30 il ərzində meşə örtüyü azalmışdı. Kəsilən ağaclar isə müxtəlif məqsədlər üçün istifadə edilirdi və erməni sahibkarlarının ciblərini doldururdu. Həmçinin əvvəllər ermənilər tərəfindən işğal olunmuş ərazilərdə 10 su anbarı ekoloji terrorun qurbanına çevrilmiişdi. 500 milyon kubmetr tutumu olan Sərsəng su anbarı Aşağı Qarabağ ərazisində 100 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutlmuşdu. Bununla belə o uzun müddət texniki xidmətin göstərilməsi səbəbindən qəza vəziyyətində idi ki, bu da, regionun dağ ətəyi və mərkəzi aran ərazilərində yaşayan 400 min sakin üçün təhlükə risqini artırırdı. Erməni işğalı altında olduğu uzun illər ərzində Azərbayanın nəzarət zonasından kənarda qalan Qarabağ qeyri-fəaliyyət üçün əlverişli meydan olmuşdu. Burda boz bazarı həm dövlət strukturları ilə bağlı Ermənistan şirkətləri, həm də iri beynəlxalq şirkətləri idarə edirdilər. Dağlıq mədən sənayesi bir qayda olaraq xüsusi tənzimləmə tələb edən çox çirklənmiş tullantı hovuzlarının yaranmasına gətirib çıxardı. 2016-cı il üzrə hesabatlarda təqdim olunan məlumatlara görə, artıq həmin dövrdə Qarabağ ərazisindəki tullantı hovuzlarından milyonlarla ton ağır metal və digər təhlkəli maddələrlə dolu tullantıları olub. Daha dəqiq desək, Heyvalı kəndi yaxınlığındakı filiz yatağında 3 tullantı hovuzu yerləşir. Həmçinin Tərtər rayonunun Dəmirli mis-molebin yatağının istismarı nəticəsində tullantı hovuzunun sahəsinin genişlənməsi, eləcə də Çardaxlı kəndi ərazisində dağ-mədən fəaliyyəti çərçivəsində meşələrin qırılması faktı qeydə alınmışdı. Bunu peyk görüntülərindən də açıq şəkildə görmək olar.
Ekoloji terror və Ermənistanın 30 il ərzində Qarabağda vandalizm aktlarının saysız-hesabsız nümunələri mövcuddur. Lakin azad edilmiş ərazilərdə qısa zamanda aparılan bərpa və abadlıq işləri Azərbaycanın yaşıl siyasətini bir daha bütün dünyaya sübut etdi. Ağıllı kəndlər, ekologiya nəzərə alınaraq salınan şəhərlər və bərpa olunan və alternativ enerji sahələrinin qurulması Azərbaycanın əsas hədəflərindəndir. Bu gün Qarabağ Cənubi Qafqaz regionunun yaşıl paytaxtına çevrilib. Bu siyasət isə bu il Azərbaycanda keçiriləcək COP29 iqlim zirvəsi timsalında dünya üçün yaşıl dünya naminə həmrəy olmağa çağırır.
Hazırladı: Tahirə AĞAMİRZƏ