23.12.2024, 06:48
AZ EN
12.04.2023, 11:10 325

Spikerin qaynanası iqtidarı yenə istefaya çağırdı

YAZILAR

"Hraparak" media qrupunun rəhbəri, hay parlamenti sədrinin qaynanası Armine Ohanyanın bu günkü məqaləsi "dünən yenidən müharibə nəfəsi duyuldu. Düşmən Dığ kəndində yenidən irəlilədi, indi erməni torpağında mövqelər quraşdırır. Aydın olub ki, irəliyə elə belə keçməyib, uzağa hədəflənmiş proqramı var" cümlələri ilə başlayıb. O daha sonra əlavə edib ki, erməni hakimiyyəti yenə qorxaqcasına atəşkəsi pozmadığını bəyan edərək mətbuatın yalnız hakimiyyətin məlumatlarına istinad etməsini vacib hesab edib. Bunu söz azadlığının pozulması kimi dəyərləndirən müxalif qaynana ləqəbli baş redaktor 44 günlük  müharibə zamanı hakimiyyətin "qalib gəlirik" - deyə dezinformasiyalar yaymasını da xatırladıb və iqtidarın  beynəlxalq  aləmə "PUAlardan istifadə etmirik"deməsini də qorxaqlıq nümunəsi kimi təqdim edib.

O, daha sonra mətbuata ironiya ilə  belə bir müraciət edib ki, bəlkə, bu fərsiz iqtidar istefaya getməyincə "qalib gələcəyik " cümləsini yazmayaq. Biz isə inamla vurğulayırıq ki, hakimiyyətdə və arxasında kimin olmasına baxmayaraq haylar heç vaxt Türkə qalib gələ bilməyib və bundan sonra da belə olacaqdır. O ki, qaldı mövqeyimizin əxlaqsız molla rejiminin pay verdiyi PUAlarla vurulmasına, bu hayların özləri tərəfindən mitinqdə etiraf edilib. Ona görə də həqiqəti əks etdirən bir bəndi yenidən xatırlatmaq yerinə düşür: farsla haylar eynidir, fısqırdan xameneinidir. Saqqalından tutarıq, zibilliyə atarıq.

N.Qaramanlı

Oxşar xəbərlər