22.11.2024, 02:46
AZ EN
11.04.2023, 13:06 349

Elxan Şıxəliyev: "Ermənistan onları hərbi əsir kimi saxlayacaq və dəyişmə ilə geri qaytaracaq"

YAZILAR
  • Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

“Bir-birilə münaqişədə olan dövlətlərin sərhəd xəttində təmas vəziyyəti varsa, belə olan halda tərəflərin hərbçiləri, adətən, 3 səbəbdən qarşı tərəfə keçir”.

Bu sözləri mətbuata açıqlamasında ehtiyatda olan polkovnik hərbi ekspert Elxan Şıxəliyev məsələyə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi yaydığı açıqlamada hərbçilərdən birinin Ermənistan ərazisinə keçdiyini bildirib:“Bunlardan birincisi odur ki, hərbçilər yollarını azaraq, marşrutu itirib və düşmən tərəfə keçə bilərlər. Belə olan halda da onların yaxalanması ehtimalı böyükdür. İkincisi, hərbçinin fərarilik etməsidir. Belə olan halda da düşmən tərəfə keçə bilirlər. Üçüncüsü isə ondan ibarətdir ki, kəşfiyyat-diversiya qrupları hərbçiləri postda əsir götürüb öz tərəflərinə apara bilər”, – deyə ekspert fikirini izzah edib.

Onun sözlərinə görə, hazırkı mərhələyə gəldikdə isə görmək olur ki, yalnız bu 3 variantdan biri ola bilər:“Bu üçündən hansı olacaqsa, Müdafiə Nazirliyi bu barədə açıqlama verəcək. Ən azından, hərbçilər ya dəyişdirilə, ya da geri qaytarıla bilir. Çox güman ki, Ermənistan onları hərbi əsir kimi saxlayaraq, hər hansı bir dəyişmə ilə geri qaytaracaq. Onsuz da indiki mərhələdə qarşı tərəfə keçən hərbçilərin saxlanılması heç bir dövlətin marağında deyil. Biz ümumi nəticəni qiymətləndirməliyik ki, bu 3 nəticədən hansı əsasdır?”

E.Şıxəliyev daha sonra vurğuıayıb:“Hərbi tapşırıq nə olursa-olsun, daxili nizamnamə çərçivəsində araşdırma həyata keçirəndə bu, aşkarlana bilər. Komandirin günahı olar-olmaz, bu, öz yerində. 

Əsasən, belə hallar olanda Hərbi Prokurorluq araşdırma aparıb onu müəyyən edir. Fakt isə göstərir ki, yuxarıda sadaladığım 3 variantdan biridir. Təbii ki, Hərbi Prokurorluğun araşdırmasından sonra Müdafiə Nazirliyi açıqlama verəcək”, – deyə ekspert fikrini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR