Buna əsas səbəb isə müxalifətin yenə də düzgün seçki keçirilməməsi ilə bağlı yeni ittihamlar irəli sürməsidir.
Fevralın son günündə "Hraparak"da yayımlanmış xəbərlərin əksəriyyəti siyasi mövzulu olsa da iqtisadi sahəyə dair xəbərlər sırasında N.Paşinyanın artıq komandasının bəzi üzvlərinə inanmadığı da aydın olur.
Qeyd olunur ki, ona görə də baş nazir strateji əhəmiyyətli bölgələrə məhz özünə qohum olanları yerləşdirməyə üstünlük verir.
Bu günlərdə Gümrü şəhər başçısının birinci müavini vəzifəsinə namizədliyi mənsub olduğu hakim partiya tərəfindən irəli sürülən və seçilən Vahaqn Mkrtçyan baş nazirin həyat yoldaşı Anna Hakopyanın xalası nəvəsidir.Müxalifət bu işin Nikol Paşinyanın göstərişi ilə baş tutduğunu desə də seçicilər bununla bağlı əks fikir bildirərək deyirlər ki,V.Mkrtçyan gənc,savadlı həkimdir və sözügedən vəzifədə yenə xeyirxah işlər görməyə qadirdir .
O da bildirilir ki, şəhər merinin ikinci müavini isə müdafiə naziri Suren Papikyanın əmisi oğludur.
Məqalənin müəllifi Arevik Hakopyan onu da yazıb ki, Nikol və Anna vaxtilə dincəlməyə məhz Vahaqgilə gəlirlərmiş. N.Paşinyan və S.Papikyan 2018-ci ildə İrəvana piyada yürüşə də məhz həmin evdən başlayıblar.
Nəsib Qaramanlı