Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə işgüzar səfərdə olacaq. O, Adıyamanda axtarış-xilasetmə işlərində iştirak edən Ermənistan xilasedicilərin işi ilə yerində tanış olacaq. Erməni nazirin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü və Türkiyə-Ermənistan arasında danışıqların gedişinin müzakirəsi də nəzərdə tutulub. Sözügedən xəbəri demək olar ki, bütün erməni mətbuatında yayılıb. Hakimiyyətə qarşı barışmaz mövqe sərgiləyən jurnalist Kristina Ayvazyan isə növbəti satirik yazısında belə bir iddia irəli sürüb ki, Ararat Mirzoyan türk həmkarından Adıyamanda soyğunçuluğa görə saxlanılan iki erməni "xilasedicinin" bağışlayaraq buraxılmasını xahiş edəcək.
Xatırladaq ki, Arsen Qazaryan və Vahan Surmalyan soyğunçuluğa görə saxlanılıblar.
Nəsib