24.04.2025, 18:19
AZ EN
19.01.2023, 10:43 501

Araik Rubeni küncə sıxıb

YAZILAR

"Panarmeniya" media qrupuna daxil olan "Hraparak" qəzetinin 19 yanvar tarixli sayında yayımlanmış "Ruben Vartanyanın istefa mövzusu hələ qapanmayıb" başlıqlı məqalədə göstərilir ki, separatçı rejimin başçısı Araik Harutyunyanla Moskvadan gəlmiş iş adamı Ruben Vartanyan arasında qarşıdurma getdikcə dərinləşir. Buna əsas səbəb isə Paşinyanın Araikə dəstək verməklə siyasətlə biznesi eyniləşdirən Moskva "desantının" zərərsizləşdirilməsi cəhdidir. Müəllif onu da vurğulayır ki, Azərbaycan ilk anlardan Ruben Vartanyanın gəlişinə narazı olub və onun Qarabağı tərk etməsi tələbini indi də israrla davam etdirir. Laçın-Xankəndi yolundakı aksiyanı da məhz bununla əlaqələndirən qəzet onu da əlavə edir ki, mədənlərdə işin dayandırılması, qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilməsi üçün səslənən fikirlər də məhz R.Vartanyanın fəaliyyəti ilə bağlıdır. Sosial mediada onun erməniləri dəstəkləmək və bölgəni abadlaşdırmaq üçün deyil, öz sərvətini daha da artırmaq üçün canfəşanlıq göstərdiyini də ayrıca vurğulayan müəllif belə olduğu halda vəziyyətin daha da ağırlaşacağı qənaətinə gəlir. Məqalədə maraq doğuran məqamlardan biri də məhz RF prezidenti V.Putinin ötən il noyabrın 23-də KTMT-nın İrəvanda keçirilən zirvə toplantısında Nikol Paşinyan və Araik Harutyunyanla "Dvin" otelində görüşməsi barədədir. Qeyd olunur ki,  etibarlı mənbəyə görə,həmin görüşdə Putin Ruben Vartanyanın Moskva tərəfindən göndərilmədiyini bildirib. Müəllif xatırladır ki, Ruben Vartanyan yeni gələndə hamı onun Paşinyanı əvəz edəcəyi üçün göndərildiyini düşünürdü. Putinin İrəvan səfərindən sonra isə məlum oldu ki, Ruben öz milyardlarını Avropanın ehtimal olunan embarqosundan qorumaq üçün RF vətəndaşlığından imtina yolunu tutub.

"Hraparak" sonda vurğulayır ki, Qarabağdakı separatçı rejimin başçıları arasında davam edən qarşıdurmada Araikin qalib gələcəyi ehtimalı daha çoxdur.Yerli klan tərəfindən də küncə sıxışdırılmış Rubenin isə yaxın zamanlarda Xankəndidən qaçacağı gözlənilir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər