22.11.2024, 07:23
AZ EN
20.08.2024, 17:34 289

Ermənistan atəşkəsi pozur, səhrəddə yeni hərbi hissə yaradır

YAZILAR
  • ABŞ, Fransa, Avropa İttifaqı kimi bacılarının itaətində olan Ermənistan təxribatları ilə gündəmdə qalmaqda davam edir. Son günlər kölgəsindən hürkən Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verir.

Laçınla sərhəddə yeni hərbi hissə yaradan Ermənistan bütün bunların fonunda Qərb tərəfindən silahlandırılmağa davam edir. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlişini “çal-çağırla” qarşılayan İrəvan ekspertlərin fikrincə, yenidən Qərbin regiondakı oyuncağına çevrilib.

“Ermənistanın xarici siyasətində əsas məqsədi Qərbdən, xüsusilə Fransa, Avropa İttifaqı, NATO və Amerika Birləşmiş Ştatlarından mümkün qədər çox silah almaqdır. Bununla da Ermənistan onları Cənubi Qafqaza salmaq niyyətindədir. Lakin bu proseslər region üçün təhlükəli olduğu qədər, elə Ermənistanın özü üçün də troyatı rolunu oynayacaq. Paşinyan sülh müqaviləsi ilə bağlı pozitiv  notlarda danışdığı halda,  Ermənistan daxilində bir sıra revanşist qüvvələr ona hərbi təxribatlarla mane olmaq istəyir”.

Bu fikirləri rusiyalı ekspert Sergey Markov mətbuata açıqlamasında səsləndirib.

Qeyd edək ki, Azərbaycanla şərti sərhəddə Laçın rayonun mərkəzindən təxminən 16 kilometr məsafədə  Ermənistan silahlı qüvvələri yeni hərbi hissə yaradıb. Peyk görüntüləri bu hərbi hissənin əlahiddə artilleriya diviziya olduğu və qoşquda daşınan 8 ədəd artilleriya qurğuları ilə təchiz edildiyini deməyə əsas verir.

Ekspertlərin fikrincə, Qərbdən görülən hərbi-siyasi və maliyyə dəstəyi Ermənistanı məcburən Azərbaycana qarşı kiçik miqyaslı da olsa, təxribatlara yol verməsinə gətirib çıxarır.

Hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib ki, həmin artilleriya qurğularının atəş məsafəsi  məhz Laçın rayonun mərkəzi, hətta bir az ondan kənara qədər yetərlidir: “Belə olan halda Ermənistanın  bir sutqa ərzində Azərbaycana qarşı 3 dəfə ardıcıl  təxribat törətməsi, təxribatın miqyası isə Naxçıvandan Kəlbəcərə qədər olan əraziləri əhatə etməsi, digər tərəfdən isə bu gün yenə ərzilərimizin Laçın rayonu istiqamətində yerləşən mövqelərimiz üzərində kəşfiyyat uçuşlarına cəhd göstərməsi ondan xəbər verir ki, Ermənistan ən azından təxribatlarını genişləndirməklə növbəti eskalasiya yaratmaq niyyətindədir”.

Lakin regionda çaxnaşma yaratmaq istəyən ölkələr tərəfindən silahlandırılan Ermənistan Cənubi Qafqazda eskalasiya təhlükəsini günü-gündən artırsa da, istənilən halda tək çıxış yolunun Azərbaycanla sülh müqaviləsini imzalamaq olduğunu anlamalıdır. Əks halda, edilən istənilət təxribatın cavabı Ermənistan üçün yaxşı olmayacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR