05.12.2024, 06:25
AZ EN
13.01.2023, 14:01 310

Düz söz acı olur

YAZILAR
  • Ermənistana üç günlük rəsmi səfərə gələn Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet və hayların parlament rəhbəri Alen Simonyan bu gün günortaya yaxın mətbuat üçün brifinq keçiriblər.

"Azadlıq" radiosunun erməni xidmətinin əməkdaşının "Fransa Ermənistan-Azərbaycan sərhədində rusları əvəz edə, Laçın dəhlizində isə faktaraşdırıcı missiya həyata keçirə bilərmi?" sualı ilə bağlı fransalı spiker bildirib ki, Ermənistan birinci məsələ ilə bağlı hələ rəsmi müraciət etməyib, edərsə bu məsələ də müzakirə olunacaq.

O sualın Laçınla bağlı hissəsinə cavab vermədiyinə görə A.Simonyan həmkarının  əvəzinə deyib ki, Fransanın, eləcə digər Avropa dövlətlərinin Laçın yolunda monitorinq aparması, faktaraşdırıcı missiya həyata keçirməsi üçün mütləq Azərbaycanın razılığı olmalıdır.

Video çarxdan aydın görünür ki, spikerin cavabı jurnalisti qane etməyib və onun sifətində öz soyuna xas narazılıq ifadəsi yaranıb. Bu isə bir daha sübut edir ki, düz söz haylar üçün daim acı olur.

Nəsib

Oxşar xəbərlər