22.11.2024, 09:30
AZ EN
12.01.2023, 12:09 239

Erməni müxalif deputatlar parlamentdən qovulacaq

YAZILAR

Qərbi Azərbaycandakı hay toplumunun parlamentindəki müxalif deputatların fəaliyyətindən daim narazılıq edən rəhbərliyin təşəbbüsü ilə gündəliyə salınmış məsələlərdən biri - 22 deputatın mandatdan məhrum edilməsi üçün mövcud qanunların tətbiq edilməsi ilə bağlı olub. Bununla bağlı keçirilən iclasda vurğulanıb ki, müxalif deputatların əksəriyyəti ötən ilin martından iclaslarda iştirak etməməklə həm də ölkədə siyasi sabitliyin pozulması, deputatın səlahiyyətinə aid olmayan çağırışlar etmə və s. çoxsaylı qanunsuzluqlarla məşğul olmuşlar. Parlamentin iclaslarına gəldikdə isə müxtəlif bəhanələrlə qarşıdurmaya şərait yaratmışlar. Onlar dəfələrlə qanunauyğun fəaliyyətə dəvət olunsalar da, həm qanuna, həm də seçicilərin etimadına məhəl qoymadan yenidən  xalqı itaətsizliyə çağırmaqla ölkədə xaos yaradıb hakimiyyəti qeyri-qanuni vasitələrlə ələ keçirməklə dövlətçiliyin zəifləməsinə, yaxud məhvinə nail olmaq yolundan çəkinmək istəmirlər.

İclasın qərarı və fəaliyyətinə xitam verilməsi nəzərdə tutulmuş deputatların  siyahısı yanvarın 11-də konstitusiya məhkəməsinə göndərilib. Xatırladaq ki, həmin deputatlar Xocalı qatillərindən olan Robert Koçaryanın "Hayastan" blokunda təmsil olunurlar. Onların mandatdan məhrum edilməsi hələ ötən ilin avqustunda gündəmdə idi. Amma konstitusiya məhkəməsinin rəhbərliyi bu məsələnin ciddiliyini nəzərə alaraq müxaliflərə güzəşt etmişdi.

NƏSİB

Oxşar xəbərlər

SON XƏBƏRLƏR