Xankəndi şəhərində siyasi möhtəkir Ruben Vardanyanın müraciətindən sonra uşaqların da mitinqə gətirilməsi rəsmi İrəvanın və iqtidar partiyasının narazılığı ilə qarşılanıb. Həmin mitinq sözügedən TV-də yayımlanmayıb, sadəcə qısa xəbər və kiçik videoçarxla göstərilib. Baş nazir N.Paşinyanın həyat yoldaşı Anna Akopyan isə İctimai 1 TV-də canlı çıxış edərək uşaqların mitinqə gətirilməsindən narahat olduğunu bildirib və separatçı rejimin rəhbərliyinə bir də belə hallara yol verməməyi tövsiyə edib. Onun bu fikri «Vətəndaş müqaviləsi» fraksiyasının iki üzvü və rəyi soruşulan bir neçə müəllim tərəfindən də dəstəklənib. Bu isə həm Ermənistandakı müxalifətin, həm də Xankəndidəki separatçı rejim tərəfindən kəskin etirazlara səbəb olub. Metaksiya Xaçatryan adlı erməni separatçısı TV-nin fəaliyyətinin guya Azərbaycan tərəfindən tənzimləndiyini bildirdikdən sonra əlavə edib ki, qonşu İranda bu mitinq daha geniş işıqlandırıldığı halda, Ermənistandakı ictimai televiziya və iqtidaryönlü mətbuat indiki gərgin günlərdə düşmənə qarşı qəti mövqe nümayiş etdirmir. Ona görə də dekabrın 26-dan etibarən ictimai 1 TV-nin verilişlərinin həm etiraz aksiyaları, həm də müxalifətyönlü mətbuat vasitəsilə boykot etmək qərara alınıb. Ermənistanın nüfuzlu media şirkəti olan və bu xəbəri yayan «Hraparak» da boykot aksiyasını dəstəkləyərək iqtidarın ünvanına müxtəlif politoloqlar, ekspertlər vasitəsilə tənqidi fikirlər ünvanlanmaqdadır.
NƏSİB