21.11.2024, 20:42
AZ EN
23.12.2022, 14:09 383

Kor tutduğunu buraxmır

YAZILAR

«Lurer.com» informasiya agentliyinin 23 dekabrda yaydığı xəbərlər sırasında Azərbaycan əleyhinə yazılar yenə ön sırada durur.

Son günlərdəki olaylardan əndişələnən ermənilər, xüsusilə sülh müqaviləsi barədə reallıqdan uzaq fikirlər səsləndirirlər. Politoloq Qarnik Davityan isə «Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır» başlıqlı yazıda göstərir ki, Laçında, Kəlbəcərdə infrastruktur layihələrinin həyata keçirilməsi adı altında hərbi yollar çəkilir, müxtəlif istehkam qurğuları quraşdırılır ki, bu da Azərbaycanın irimiqyaslı hücuma hazırlaşdığını sübut edir. «Daşnaksütyun» partiyasının mərkəzi şurasının üzvü sabiq vitse-spiker Eduard Şarmazanov da Ermənistanla Azərbaycanın arasında sülh müqaviləsi imzalanmayacağını, bunun əvəzinə yeni müharibə olacağını bildirib. O, Paşinyanın dekabrın 22-dəki çıxışını şərh edərkən vurğulayıb ki, daim «nağıllar danışan» baş nazir kapitulyant olduğunu sığortalamaq üçün sülh müqaviləsinin imzalanmasını müxtəlif yollarla ləngidir, amma Rusiyanın onu «yola salacağından» çəkinərək özünü sülh tərəfdarı kimi göstərməyə çalışır.

Qarabağdakı silahlı terror dəstələrinə məxsus bəzi ağır texnikanın Ermənistana aparılması barədə xəbəri eşidərkən qəzəbləndiyini və bunun «arsax xalqına» növbəti xəyanət olduğunu deyən Şarmazanov Ermənistanın dostları olan ölkələrdən təcili müxtəlif silahlar gətirilməsinin vacibliyini də vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qəbul etdiyini, amma bu günlərdə Gürcüstan müdafiə nazirinin Azərbaycan və Türkiyə müdafiə nazirləri ilə eyni tədbirdə iştirak etdiyini və qarşılıqlı əməkdaşlıq haqqında sənədə imza atdığını Ermənistan və Gürcüstanın münasibətlərinə xələl gətirəcəyini ermənisayağı pafoslu cümlələrlə vurğulayan E.Şarmazanov Azərbaycanın ekofəallarının geri çəkilməyəcəyi təqdirdə Gürcüstanda yaşayan ermənilərin Azərbaycan əleyhinə aksiya keçirmələrinin dünyanın diqqətinin «arsax»a daha çox cəlb ediləcəyi kimi sərsəm fikirlərin bütün ermənilər arasında yayılmasını məsləhət görüb. Bununla da bir daha aydın olur ki, ermənilər yola gələn deyil və onlar Dəmir yumruğu gözləyirlər.

NƏSİB

Oxşar xəbərlər