24.04.2025, 05:15
AZ EN
19.12.2022, 12:18 473

Ermənilər indi Çinə də yalvarırlar

YAZILAR

"Lurer.com" agentliyinin bu gün yaydığı xəbərlər sırasında ermənilərin yenə də özlərinə dayaq axtardıqları açıq-aydın görünür. Agentlik qeyd edir ki, 44 günlük müharibədə uduzan Ermənistan özünün hərbi gücünü artırmaq və ehtimal olunan müharibədən qalib çıxmaq üçün müxtəlif ölkələrlə əməkdaşlığı dərinləşdirməyə üstünlük verir. Dekabrın 19-da ermənilərin silahlı qüvvələrinin baş qərargah rəisinin Çinin İrəvandakı səfiri Fan Cun və səfirliyin müdafiə məsələləri üzrə attaşesi polkovnik An Cyanla görüşü də məhz buna hədəflənib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıqdan sonra belə görüşlərin davamlı olacağına əminliklərini ifadə edib, erməni əsgərlərin Çində təlim - məşqlərdə iştirakı üçün müvafiq addımlar atılacağını bildiriblər.

Nəsib

Oxşar xəbərlər