17.06.2025, 19:26
AZ EN
01.12.2022, 15:27 527

Putin Araik Harutyunyanla görüşübmü?

YAZILAR

Ermənistanın müxalif «Joğovurt» qəzeti 1 dekabr tarixli sayında dərc olunmuş «RF prezidenti Araik Harutyunyanı qəbul edib» başlıqlı yazıda göstərilir ki, KTMT-nın sonuncu zirvə toplantısında iştirak etmək üçün noyabrın 23-də İrəvana gələn Rusiya Federasiyasının prezidenti Vladimir Putin sözügedən tədbirin keçirildiyi «Dvin» otelində Qarabağdakı separatçı dəstənin başçısı Araik Harutyunyanla görüşüb və onlar 1 saatdan çox söhbət ediblər. Putin Ruben Vartanyanın «dövlət naziri» təyinatından sonra da Araik Harutyunyana inandığını və hər iki şəxsin birlikdə fəaliyyət göstərməsinin səmərəli nəticə verəcəyini bildirib. Məqalədə daha sonra qeyd olunur ki, Rusiya prezidenti Putinlə Araik Harutyunyanın görüşüb-görüşməməsini dəqiqləşdirmək üçün «arsax» liderinin ofisi ilə əlaqə saxlanılsa da redaksiyaya konkret cavab verilməyib. Bildirilib ki, həmin gün Araik Harutyunyan Xankəndidə öz kabinetində olub. Qəzet daha sonra yazır ki, Putinlə Araikin görüşməsini məhz «Dvin» otelindəki etibarlı mənbədən öyrəniblər.

KTMT-nın sonuncu zirvə toplantısından bir həftədən də çox vaxt keçib və Joğovurtdan başqa heç bir erməni informasiya vasitəsi Putinlə Harutyunyanın görüşməsi barədə xəbər yaymayıb. Bəs görəsən Putinlə Araik, doğrudanmı, görüşüblər?

Nəsib QARAMANLI

Oxşar xəbərlər