22.11.2024, 10:39
AZ EN
21.09.2023, 11:53 319

İlyas Hüseynov: “Azərbaycan ordusu yenidən öz peşəkarlığını bütün dünyaya göstərdi”

YAZILAR
  • Lokal xarakterli anti-terror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqla razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxa gəliblər.

Siyasi şərhçi İlyas Hüseynov məsələ ilə bağlı Az.TV-yə açıqlama verib və bildirib ki, əlbəttə, lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixində mühüm bir mərhələdir, mühüm bir səhifədir. Böyük bir zəfərdir: “Azərbaycanın bütün ərazisində suverenliyini, konstitsion quruluşunun bərqərar olması tədbirləridir. Bu, çox əlamətdar hadisədir. Bu prosesdə hərbi əməliyyatlarda iştirak edən, eləcə də həyatlarını itirən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Azərbaycanın ərazi bütövlüyü uğrunda onlar vuruşublar və yüksək peşəkarlıq göstəriblər”.

Politoloq daha sonra qeyd edib ki, cənab Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, Azərbaycan yüksək dəqiqliklli bu prosesi həyata keçirmişdir: “Zərgər dəqiqliyi ilə düşmənin legitim hərbi hədəfləri sıradan çıxarıldı. Azərbaycan ordusu yenidən öz peşəkarlığını bütün dünyaya göstərdi. Azərbaycan həm də öz siyasi iradəsini, prinsipiallığını göstərdi. Bu əməliyyat tədbirlərinə heç ehtiyac da olmaya bilərdi. Çünki üçtərəfli birgə bəyanatın 4-cü maddəsində göstərilir ki, sülhməramlıların regiona daxil olması ilə paralel olaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanı tərk etməli idilər, tam tərkibdə, bütün formada. Lakin 3 ilə yaxın müddət ərzində nəinki bu icra olunmadı, əvəzində biz görürdük ki, Laçın yolu vasitəsilə minalar,  dversantlar, texnika, silah-sursatlar gölgəyə gətirilirdi. Əlbəttə, onların yerdəyişməsi, ratasiyası, yanacaq-sürtgü materaialları dəstəyi və s.  Ötən dövr ərzində, xüsusilə son dövrdə onların kənd təsərrüfatı adı altında və ya müxtəlif adlar altında, sutkanın gecə saatlarında mühəndis-istehkam qurğularının formalaşdırmaq, fartifikasiya qurğularını inşa etmək prosesi qeydə alınırdı. Təxribatlar bir-birini əvəz edirdi, revanşizm hissi duyulurdu və eyni zamanda ən ikrah doğuran məsələ, eləcə də danışıqlar prosesindən yayınmağı göstərən bir hadisə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Praqada, Brüsseldə tanıdığı halda, sentyabrın 2-də marinet rejimin yaranmasının ildönümü ilə bağlı müraciəti idi. Bu, əlbəttə ki, miatsum ideologiyasına sadiqlik, onun davam etdirilməsi, revanşizm hissələrinin gücləndirilməsi və eyni zamanda daxili auditoriyada siyasi xallar toplamaq oponentlərə qarşı öz gücünü göstərmək niyyəti idi. Bütün bundan sonra baş verməyəcək, bütün bunları biz görməyəcəyik. Çünki bu gün Yevlaxda  mühüm bir görüş keçirilir. Bu görüşdə daha çox etnik ermənilərin mədəni məsələləri, bələdiyə, idarəetmə və digər humanitar məsələlər müzakirə olunacaq və yalnız Azərbaycan vətəndaşlığının qəbul olunması, regionda bütün silahlı birləşmələrin regionu tərk etməsi, tərk etməsi üçün şəraitin yaradılması detalları müzakirə olunacaq”,- deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR