22.11.2024, 01:36
AZ EN
24.10.2022, 17:19 501

Ermənistan iki yol ayrıcındadır

YAZILAR

“Hraparak” onlayn qəzetinin 24 oktyabr tarixli sayında baş redaktor Armine Ohanyanın “Ermənistan yol ayrıcındadır, o haraya gedəcək?” sərlöhvəli məqaləsində göstərilir ki, Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra hələ də yol ayrıcındadır və  haraya gedəcəyini müəyyənləşdirə bilmədiyinə görə vurnuxmaqdadır. Erməni rəsmilərinin tez-tez Qərbə səfər etmələrinin  səbəblərini araşdıran jurnalist belə qənaətə gəlib ki, Nikol Paşinyan iqtidarı Qərblə, yoxsa Rusiya ilə daha “mehriban” olacağının axtarışındadır. Bu isə onun konkret qərara gəlməməsinə səbəb olub. Ermənistanın mövcud durumdan yalnız düzgün siyasi xəttlə çıxa biləcəyini vurğulayan A.Ohanyan həmin düzgün yolun nədən ibarət olduğunu isə hələ də tapa bilmədiyini etiraf edir.

Həmin qəzetin digər  bir yazısında isə Avropa İttifaqının faktaraşdırıcı missiyasının artıq Zəngəzur vilayətinin  mərkəzi Qafan şəhərində olması və Azərbaycanla sərhəddəki durumla tanışlığı barədə məqalə dərc edilib. Göstərilir ki, bu faktaraşdırıcı missiyanın rəhbəri Polşanın nümayəndəsi polkovnik  Robert Arkaduyiş  Tikaçiki vilayət başçısının müavinləri Hayk Harutunyan və Nare Qazaryan qarşılayıb. Sonra geniş tərkibdə müzakirələr aparılıb. Müzakirələr zamanı əlahiddə ordu korpusunun komandiri general-mayor Artak Budahyan Qafanın Şixavus  kəndinə lap yaxın məsafədə yerləşən azərbaycanlı əsgərlərə görə erməni əhalinin qorxu içərisində yaşamasını, ümumiyyətlə,  Azərbaycanın  Ermənistan sakinlərini təhlükəli vəziyyətə salmalarını və s. anti-Azərbaycan mövqedən çıxış edib. Sonra faktaraşdırıcı missiyaya müxtəlif fotolar və vidieo materiallar təqdim olunub. 30 ilə yaxın bir dövrdə Azərbaycanın xeyli ərazilərini yerlə-yeksan edən ermənilərin indi həyasızcasına hansısa hərbi obyektin vurulmasını mülki əhaliyə qarşı yönəlmiş fakt kimi təqdim etməsi bir daha deməyə əsas verir ki, Azərbayanın Dəmir yumruğundan sonra nə edəcəyini, haraya gedəcəyini bilməyən ermənilər xarici qüvvələrin, xüsusilə Fransa və İranın təhriki ilə yenidən Dəmir yumruq altına düşmək yolunu seçməkdədir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR