20.04.2024, 14:05
AZ EN
19.10.2022, 14:19 280

Ermənistan Gürcüstanı aldatmaq istəyir

YAZILAR

“Hraparak” onlayn qəzetinin 19 oktyabr tarixli “Ermənistan-Gürcüstan sərhədində 27 ildir delimitasiya aparılır”,- başlıqlı məqaləsində göstərilir ki, İranı çıxmaq şərti ilə Ermənistanın digər qonşularla sərhədlərin delimitasiyasına ehtiyac duyulur. Türkiyə ilə sərhədlərin sovet dövründən mövcud olduğunu və buna əməl edildiyini bildirən qəzet ermənisayağı vurğulayır ki, Türkiyənin qərb hissəsindəki ərazilər Ermənistana məxsusdu və münasib siyasi vəziyyət yarandıqda bu məsələyə baxılacaqdır. Gülməli görünən bu fkrin arxasında, əlbəttə, Fransa və Rusiyanın 1707-ci ildə erməni kilsəsində uydurduqları “böyük ermənistan” illuziyasından gedir. Gürcüstanla bağlı sərhəd məsələsinə “aydınlıq” gətirən qəzet yazır ki, Ermənistanla Gürcüstan arasında 225 km sərhəd xətti vardır. Sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsinə 1996-cı ildə ikitərəfli komissiya vasitəsilə başlanılıb. Ötən 27 il ərzində  hər iki ölkə arasındakı sərhədin 78 kilometri isə hələ də müəyyənləşdirilib təsdiq olunmayıb. Qəzet öz etibarlı mənbələrinə əsasən xatırladır ki, Ermənistan 2026-cı ilədək həm Azərbaycan, həm də Gürcüstanla sərhəddin demarkasiyasını uzatmaq istəyir. Gürcüstanla razılaşdırılmamış sahələrin 65 km-i əvvəllər azərbaycanlıların yaşadığı, ermənilərin 1991-ci ildən Ciliza adlandırdığı kəndlə Gürcüstanın azərbaycanlılar yaşayan Çanaxçı və digər kəndləri, həmçinin İlzançay adlanan ərazidədir. Qəzetin müxbiri Lori vilayətinin Alaverdi icmasının yeni seçilmiş rəhbəri Arkadi Tamazyandan Ermənistan Gürcüstan sərhədində son vaxtlar ölçmələr aparıldığı barədə xəbərin doğru olub-olmadığını soruşur. O, bildirib ki, qeyd olunan ərazidə delimitasiya işləri aparılmayıb və yaxın aylarda da aparılmayacaq. Çünki Gürcüstan tərəfi Ermənistanın təklifləri ilə razılaşmır. Onun sözlərindən bu da aydın olur ki, təsdiqlənməmiş ərazilərdə əsasən Marneuli rayonunun azərbaycanlıları yaşayırlar və ermənilər həmin kəndlərin otlaq və biçənək sahələrindən qeyri-qanuni istifadəni qanuniləşdirmək və oranı Ermənistan torpağı kimi tanıtmaq istəyirlər.

Məlum olduğu kimi, ermənilər Gürcüstanla münasibətlərdə də səmimi deyillər. Onlar vaxtaşırı Cavaxetiya məsələsini qaldırırlar və bu isə gürcülər tərəfindən qəzəblə qarşılanır və gürcü politoloqun “torpaq iddianıza görə qonşumuz azərbaycanlılar sizi iti qovan kimi qovdu. Əgər Gürcüstandan da belə qovulmaq istəmirsinizsə, ağla gəlin”- sözləri ermənilərə tutarlı cavabdır.

N.QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR