Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, siyasi münasibətlər ilə yanaşı, son illər iqtisadi əlaqələrin də dərinləşməsi müşahidə olunmaqdadır: "Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artaraq 470 milyon dollara çatıb. Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollar olub. Bu o deməkdir ki, bu ilin 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-ci ilin ümumi dövriyyəsindən 14 faiz çox olub".
Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhvə verdiyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunu: "2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır.
Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında münasibətlərdə yeni səhifə açacaq. İnvestisiya, ticarət, təhsil, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir".
Tahirə AĞAMİRZƏ