O, yazıb ki, Hayastanın sabiq baş prokuroru Gevork Kostanyan martın 1-də barəsində açılmış cinayət işinə görə Moskvaya qaçmağa məcbur olub. Onun barəsində interpolda axtarış verilsə də araşdırma zamanı bunun siyasi xarakter daşıdığı təsdiq edilib və o, axtarışda olanların siyahısından çıxarılıb və hazırda Moskvada yaşayır. Biznes şəriki isə 1990-cı ildə Bakıdan köçən rusdilli haydır.
Məhkəmə qərarlarının icrası xidmətinin sabiq rəhbəri Mihran Poğosyan da həbs olunmamaqla üçün Moskvaya qaçıb və 2019-cu ildən beynəlxalq axtarışdadır. Barəsində dövlət vəsaitini mənimsəmə, korrupsiya və daha 4 maddə ilə cinayət işi açılıb.
Hayastan futbol federasiyasının sabiq prezidenti Ruben Hayrapetyan da interpol axtarışındadır. 2020- ci ildə onun özü və oğlu Rafiq Hayrapetyan barəsində özbaşınalıq, başqasını azadlıqdan məhrum etmə maddələri ilə ittiham olunaraq beynəlxalq axtarışa verilib. Hər ikisi Moskvadadır.
Həbs olunmamaq üçün Ermənistandan qaçanlar siyahısında 1999-cu il oktyabrın 27-də parlamentdəki gülləbaran və sərd K.Demurçyanın, baş nazir V.Sarkusyanın, daha bir neçə deputatın öldürülməsi barədə cinayət işinin istintaqını aparan müstəntiq Samvel Uzunyan da var. O, 2019-cu ildə apardığı cinayət işinə görə 51 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda harada məskunlaşdığı məlum deyil.
Məqalədə digər hayların da müxtəlif maddələrlə beynəlxalq axtarışa verildiyi, amma onların Moskvada olduqları halda Hayastana verilmədiyi bildirilir. Bu isə bir daha deməyə əsas verir ki, Moskva cinayətkarları himayə edir.
Nəsib Qaramanlı